Ötən gün ölkə ərazisində 106 cinayət faktı qeydə alınıb


Sosial 17 Fev 2018 08:58:44 311 0

Ötən gün ölkə ərazisində 106 cinayət faktı qeydə alınıb

Onların da 25-i “isti izlər”lə açılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

DİN-dən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.