ABŞ 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb


Dünya 17 Fev 2018 08:43:00 293 0

ABŞ 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb

ABŞ xüsusi prokuroru Robert Müller "seçkilərə müdaxilə"yə görə 13 Rusiya vətəndaşı və 3 Rusiya şirkətinə qarşı ittiham irəli sürüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında yayılan sənəddə deyilir.

Sənəddə bildirilir: "Təqsirləndirilən şəxslər Birləşmiş Ştatlara zərər vurmaq üçün təxminən 2014-cü ildən bilərəkdən və qəsdən bir-biri ilə əlbir olublar".