Onlayn qumar oyunları bazarı 2022ci ildə 1 trilyon dolları keçəcək


Digərləri 17 Fev 2018 08:35:00 335 0

Onlayn qumar oyunları bazarı 2022ci ildə 1 trilyon dolları keçəcək

"Juniper Research" şirkətinin mütəxəssisləri onlayn qumar oyunları ilə bağlı durumu təhlil ediblər.

Son.az lent.az-a istinadən xəbər verir ki, onlar belə bir nəticəyə gəliblər ki, yeni texnologiyaların populyarlığı qanunlardakı zəifləmələrlə birlikdə ona gətirib çıxaracaq ki, 2022-ci ildə adıçəkilən bazar 1 trilyon dolları üstələyəcək.  

Bu göstərici ötən illə müqayisədə 70 faiz artıma bərabərdir. Ötən il onlayn qumar oyunları bazarı 620 milyard dolları keçib. Cari ildə bu rəqəmin 700 milyard dollara çatacağı proqnozlaşdırılır ki, bu da ABŞ-ın büdcə kəsirindən xeyli çoxdur.