Tramp: Rusiya ilə heç bir sövdələşmə olmayıb


Dünya 17 Fev 2018 08:23:00 247 0

Tramp: Rusiya ilə heç bir sövdələşmə olmayıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun seçki qərargahının üzvləri yanlış hərəkətlərə yol verməyiblər və Moskva ilə hər hansı bir "razılaşma" olmayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə prezident Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

"Rusiya antiamerika kampaniyasına 2014-cü ildə başlayıb və mən prezidentliyə namizədliyimi bundan xeyli əvvəl elan etmişəm. Seçkilərin nəticələrinə təsir olmayıb. Trampın kampaniyası heç bir yanlış iş görməyib. Sövdələşmə olmayıb", - Tramp yazıb.