LG yeni smartfon hazırlayıb


Digərləri 17 Fev 2018 08:15:00 271 0

LG yeni smartfon hazırlayıb

Koreyalılar təkmilləşdirilmiş süni intellekt və yenilənmiş kameralarla təchiz edilmiş smartfon təqdim edəcəklər.

"LG" şirkəti Barselonada keçiriləcək "MWC" sərgisində qabaqcıl "V30" qurğusunun mükəmməl versiyasını təqdim edəcək. İnternetdə yeni smartfonda edilmiş təkmilləşdirmələrin siyahısı yerləşdirilib.

"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, istehsalçılar sözügedən qurğunun süni intellekt sistemini təkmilləşdirəcəklər. "Slash Gear" nəşrinin məlumatına görə, "Google Assistant" səs köməkçisi eksklüziv olaraq  "LG" smartfonu üçün 32 yeni komanda əlavə edəcək.