Antiterror üzrə əməkdaşlığı müzakirə olunacaq


Dünya 17 Fev 2018 08:03:00 284 0

Antiterror üzrə əməkdaşlığı müzakirə olunacaq

Avropa İttifaqı və NATO terrorizmlə mübarizə sahəsində əməkdaşlığın inkişaf yollarını Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin iştirakı ilə iyun ayında keçiriləcək alyansın xarici işlər nazirlərinin görüşündə müzakirə edəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki,  bu barədə NATO baş katibinin müavini Rouz Getemüller Münhendə Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.

O, bildirib: "Biz iyun ayında nazirlərin görüşündə NATO və Aİ arasında terrorla mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik".