Chromeda reklam bloqlanacaq


Digərləri 17 Fev 2018 07:11:00 260 0

Chromeda reklam bloqlanacaq

15 fevralda "Google" şirkəti "Chrome" brauzerində zəhlətökən reklam elanlarını bloklamağa başlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, brauzerə qurulmuş reklamları bloklayan mexanizm koalisiya tərəfindən hazırlanmış standartları pozan bəzi növ reklam elanlarının aşkar edilməsi üçün nəzərdə tutulub. Qəbuledilməz elanlar kateqoriyasına üzə çıxan pəncərələr, avtomatik işə düşən səsli videolar, saytın yüklənməsindən öncə ekranda görsənən taymerdən istifadə edən reklam və başqa elan növləri daxildirlər.