Bakıda kişi qısqanclıq zəminində həyat yoldaşını bıçaqlayıb


Sosial 17 Fev 2018 06:31:30 255 0

Bakıda kişi qısqanclıq zəminində həyat yoldaşını bıçaqlayıb

Hadisə Yasamalda baş verib

Bakının Yasamal rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Abbas Mirzə Şərifzadə küçəsindəki mənzildə yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Ramilə Balaqardaş qızı həyat yoldaşı ilə mübahisə edib.

Bu zaman o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsində araşdırma aparılır.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.