Xızıda 1 ədəd 122 mm-lik 9M22U raketi aşkar olunub


Sosial 17 Fev 2018 05:56:53 304 0

Xızıda 1 ədəd 122 mm-lik 9M22U raketi aşkar olunub

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib

Fevralın 16-da Xızı rayonunun Sitalçay kəndi ərazisində 1 ədəd mərmi tapılıb.

“Report” xəbər verir ki, bu barədə ANAMA-ya Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə kənd qəbirstlanlığının yaxınlığına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 sm dərinlikdən 1 ədəd 122 mm-lik 9M22U raketi aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 fevral 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Tərtər, Qazax, Naftalan, Goranboy, Xızı, Lənkəran rayonları, Bakı və Sumqayıt şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, 2 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 3 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 585 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilmiş, 22 915 kv.m ərazi yoxlanılıb.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.