Nigeriyada qoyun sürüsü üstündə atışma olub, 36 nəfər ölüb


Dünya 17 Fev 2018 02:47:17 286 0

Nigeriyada qoyun sürüsü üstündə atışma olub, 36 nəfər ölüb

Atışma çoban və quldurlar ilə ovçular arasında baş verib

Nigeriyada qoyun sürüsü üstündə atışma nəticəsində 36 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "News Agency of Nigeria" məlumat yayıb.

Yerli ovçular fevralın 13-də, güman etdiklərinə görə, oğurluq ev heyvanlarını otaran çobana rast gəliblər. Kişi ovçuları görən kimi qoyun sürüsünü ataraq qaçmağa başlayıb.

Bu hadisədən sonra o, kömək üçün qonşu rayonun quldur dəstəsinə müraciət edib və onları ovçular üçün pusqu qurmağa razı salıb.

Nəticədə iki dəstə arasında atışma olub. Hadisə yerinə polis gəlib. Ümumilikdə 18 cəsəd aşkar olunub. Lakin asayiş keşikçiləri əmindirlər ki, quldurlar daha 18 meyiti özləri ilə aparıblar. Cinayətkarların axtarışı davam etdirilir.