Poeziya, musiqi, idman və... Məşhur siyasətçilərin SEVİMLİ MƏŞĞULİYYƏTLƏRİ FOTO


Digərləri 16 Fev 2018 23:48:00 343 0

Poeziya, musiqi, idman və...  Məşhur siyasətçilərin SEVİMLİ MƏŞĞULİYYƏTLƏRİ  FOTO

Dünyanın məşhur siyasətçilərinin işdən başqa məşğuliyyəti həmişə böyük maraq doğurur. Məsələn, Rusiya prezidenti Vladimir Putinin cüdo və hokkey həvəskarı olduğunu çoxları bilir. Bəs görəsən, başqa görkəmli şəxsiyyətlər və siyasətçilərin hansı sevimli məşğuliyyətləri olub?

Son.az bir neçə nümunəni təqdim edir:

Rusiyanın ən populyar siyasətçilərindən sayılan Xarici İşlər Naziri Sergey Lavrov şeir yazır. Hələ tələbəlik illərində o, oxuduğu universitetin himninin sözlərini yazıb. İndiyə kimi də həmin himn istifadə olunur.

Uinston Çörçill dünyaca məşhur siyasətçi olmaqla yanaşı, həm də yazıçı olub. Britaniyalı nazir 1953-cü ildə Ernest Heminquey kimi dahini qabaqlayaraq ədəbiyyat üzrə Nobel mükafatı alıb.

İosif Stalin də gənclik illərində ədəbiyyata meyl salıb və seminariyada oxuyarkən şeirlər yazıb. Onun əlyazmalarının çoxu gürcü dilində olub.

Dünyanın ən tanınmış siyasətçilərindən sayılan Silvio Berluskoninin əsas hobbisi mahnı oxumaqdı və bu, onda heç də pis alınmır. O, İtaliyanın baş naziri postundakı son günündə 3-cü albomunu (Il Vero Amore - Əsl məhəbbət) buraxdırıb.

ABŞ-ın sabiq prezidenti Bill Klintonun saksafondakı məharətindən çoxları xəbərdardır.


Xəbərə aid fotolar