Ərə getmək üçün açılan İNANILMAZ FALLAR: Ruhları necə çağırırdılar? FOTO


Digərləri 16 Fev 2018 23:54:00 325 0

Ərə getmək üçün açılan İNANILMAZ FALLAR: Ruhları necə çağırırdılar?  FOTO

İnsan ən qədim zamanlardan bəri gələcəyini görməyə can atıb. Qədim Misirdə, Romada, yunan torpaqlarında aşkarlanmış arxeoloji qazıntılar bunun bariz nümunəsidir. Hətta günümüzə çatan müqəddəs kitabların hamısından öncəgörməyə aid rəvayətlər var.

Son.az xəbər verir ki, gələcəyini öncədən görməyə can atan qədim xalqlar arasında slavyanlar da var. Slavyanların inanclarına görə, ilin müəyyən günlərində gözəgörünməz qüvvələrlə kontakta girən kəslər nəinki gələcək talelərini öncədən görə bilər, eyni zamanda, uzun ömür yaşayardılar. İstənilən dövr üçün xarakterik olan öncəgörmənin əsas məqsədi isə gənc qızların nə vaxt və kiminlə ailə quracaqlarını öyrənmək istəkləri olub. Uzun, zülmət, sazaqlı gecələrdə slavyan qadınları da gözəgörünməz, bəzən də şər qüvvələrin köməyi ilə öz qismətlərini çağırıblar.

Kilsələr bu ayinləri günah adlandırıb, qadağa qoymağa çalışsalar da, qarşısını almaq mümkün olmurdu. Bu gizli rituallar falçıların gümanına görə, müqəddəs və uğurlu gecələrdə gerçəkləşirdi. Gənc xanımlarımızın bu marağı çağdaş dövrümüzdə də var. Qızlar istər kart üsulu, istər qəhvə falı, istərsə də, müqəddəs kitabların və ya gözəgörünməz qüvvələrin köməyilə gələcək qismətlərini görməyə can atırlar. Lakin mənbələrə baxsaq, qədim rus torpaqlarında bu ayin daha vahiməli şəkildə həyata keçirilirdi. Hər gənc qız buna cəsarət edə bilmirdi. Dekabrın son həftəsindən yanvarın 19-dək olan günləri rus falçılar "işıqlı günlər" adlandırırdılar. Çünki həmin günlər Günəşin mövludu sayılırdı.

Bu günlər nəinki torpağın məhsuldarlığının, eləcə də insan talelərinin məhsuldar dövrü sayılırdı. Həmin dövrdə bəxtini açdıran qadınlar mütləq il ərzində ailə qururdular. Bu günlər iki mərhələyə bölünürdü.Yanvarın 7-13 müqəddəs gecələr, 14-19-u isə qorxulu gecələr adlandırılırdı. Müqəddəs gecələrdə gerçəkləşən ayinlərdə nəticə görməyən xanımlar, qorxulu zülmətləri gözləyirdilər.

Qorxulu gecələrdə inanclara əsasən cinlər və ruhlar da bu prosesə qoşulurdular. Həmin gecə gözəgörünməz qüvvələr falçıları özlərilə birgə o dünyaya da apara bilərdilər. Odur ki, ayinlər ölümlə də nəticələnirdi.

Bu rituallar adətən yol ayrıclarında, hamamlarda və digər məkanlarda baş tuturdu. Ancaq cəsarətli, qorxmaz xanımlar iştirak edirdilər. Özlərilə birgə mütləq qayçı, bıçaq və digər kəsici alətlər götürürdülər. Bu bədbin ruhlardan qorunmaq üçün əlverişli vasitə sayılırdı.


Xəbərə aid fotolar