Miqren ağrılarına birdəfəlik son qoyan ÇARƏ TAPILDI


Digərləri 16 Fev 2018 23:24:00 311 0

Miqren ağrılarına birdəfəlik son qoyan ÇARƏ TAPILDI

Daha çox qadınlarda rast gəlinən miqren ağrılarına birdəfəlik son qoymağın çarəsi tapılıb.

Son.az xəbər verir ki, professor Ərtoğrul Uzar şiddətli baş ağrılarını qusma, işıqdan, səsdən və qoxudan narahatlıq hissi müşayiət edə bildiyini deyib:

"Epizodik miqren hücumları ayda bir iki dəfə olan baş ağrısıdır. Xroniki miqren isə tez-tez baş verən, insanın sosial və iş həyatına mənfi təsir edən şiddətli ağrılardır. Əgər baş ağrısı 3 aydan artıq və hər ay 15 gün baş verirsə, bu, artıq xroniki baş ağrılarına daxil edilir.

Xroniki miqren xəstələrinin çoxuna doğru diaqnoz qoyulmur, müalicələri yetərsiz qalır, nəticədə xəstələr həddindən artıq dərman istifadə etməyə başlayır. Demək olar ki, hər gün dərman qəbul edən xəstələr ağrı kəsicilərdən asılı vəziyyətə düşür".