ABŞ seçkilərə müdaxilə etməkdə günahlandırılan Rusiya vətəndaşlarının ekstradisiyasını tələb edəcək


Dünya 16 Fev 2018 23:14:00 266 0

ABŞ seçkilərə müdaxilə etməkdə günahlandırılan Rusiya vətəndaşlarının ekstradisiyasını tələb edəcək

Rəsmi Vaşinqton ABŞ-dakı seçkilərə təsir göstərməkdə günahlandırılan Rusiya vətəndaşlarının ekstradisiya olunmasını tələb edəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bəyan edib.

"Bununla bağlı Rusiya tərəfi ilə hələ ki, heç bir əlaqəmiz yoxdur.  Biz standart prosedurlara əsasən işimizi quraraq ekstradisiyaya nail olmağa çalışacağıq", deyə R.Rozenstayn qeyd edib.