Gürcüstanda qızılca epidemiyası təhlükəsi var


Dünya 16 Fev 2018 23:07:00 218 0

Gürcüstanda qızılca epidemiyası təhlükəsi var

Gürcüstanda qızılca epidemiyası təhlükəsi var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, bu xəstəliyin yayılma təhlükəsini ictimaiyyətdən gizlətməyin mənası yoxdur. Artıq ölkədə 268 qızılca xəstəsi qeydə alınıb. Xəstəlik əsasən Acariyada yayılıb. Qeydə alınan qızılca xəstələrinin 70 faizi Acariyadadır. Xəstələrin sayı paytaxt Tbilisidə də durmadan artır.