D.Kumsişvili: “Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizi mühüm rol oynayır”


İqtisadiyyat 16 Fev 2018 22:43:09 307 0

D.Kumsişvili: “Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizi mühüm rol oynayır”

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri bunu BP-nin regional direktoru ilə görüşündə deyib

“Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çatdırılmasında Cənub Qaz Dəhlizinin inkişafı çox vacibdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində BP-nin regional direktoru Harri Conson ilə görüşündə səslənib.

Nazirliyin məlumatına görə, görüşdə "Şahdəniz" yatağından hasil olan təbii qazın Azərbaycandan Türkiyəyə nəqli üçün tikilən Cənubi Qafqaz qaz boru kəmərinin inkişaf perspektivləri diqqət mərkəzində olub. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi qeyd olunub.

D.Kimsişvili BP-nin Gürcüstandakı fəaliyyətini qənaətbəxş qiymətləndirib. Bildirilib ki, BP-nin Gürcüstan ərazisində həyata keçirdiyi layihələr təkcə Gürcüstanın enerji təhlükəsizliyinə deyil, bütövlükdə regionun iqtisadi inkişafı və enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.