"Kişidən daha çox, qadın xəyanəti boşanmaya səbəb olur" MÜTƏXƏSSİS RƏYLƏRİ


Digərləri 16 Fev 2018 22:10:00 120 0

"Kişidən daha çox, qadın xəyanəti boşanmaya səbəb olur"  MÜTƏXƏSSİS RƏYLƏRİ

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ölkədə 62923 nikah və 14514 boşanma halları qeydə alınıb.

Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

Qeyd olunur ki, 2016-cı illə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb.  

Dünyanın bir çox ölkəsində boşanmalarla bağlı aparılan sorğular nəticəsində məlum olub ki, cütlüklərin boşanma səbəbləri heç də iqtisadi problemlərlə bağlı deyil. Əksinə, onlar aralarındakı şəxsi əlaqələrin daha çətin olduğunu düşünürlər. Bəs Azərbaycanda boşanmaya səbəb olan faktorlar hansılardır? Son.az bildirir ki, ailem.az bu mövzunu araşdırmağa çalışıb.

"Ərim imkanlı olduqdan sonra münasibətlərimiz pozuldu"

Psixoloq Elnur Rüstəmov deyir ki, boşanmanın səbəbləri bir çox faktorlarla əlaqədardır. Buna əsas kimi mobil rabitəni, tərəflərin özünün böyümüş olduğu ailə mühitini, özlərinin psixoloji narahatlığını və sair götürmək olar: "Bizdə bəzən psixoloji narahatlıqla  psixiatrik narahatlığı səhv salırlar. Biz bura obsessiv-kompulsiv pozuntuları, konkret fobiyaları, depressiyanı daxil edə bilərik. Bütün bu sadalananlar zaman keçdikcə ailə münasibətlərinin arzuolunan səviyyədə getməsinə mane olur".

E.Rüstəmov ailələrin problemlərə qarşı dözümsüzlüyünün də boşanma səbəblərindən biri olduğunu dedi: "Məsələn, konkret olaraq 90-cı illərdən bu tərəfə ailə quranlarda bu hal daha çoxdur. Həmin cütlüklər özləri də elə bir ailədə böyüyüblər ki, həmin ailələrdə uşaq sayı azdır. Bu isə uşaq eqosunun yüksək olmasına gətirib çıxarır. Bu zaman valideynlə uşaq arasında emosional bağın çox olması, hər bir xırda konfliktə valideynin müdaxilə etməsinə gətirib çıxarır".

"Boşanma halları gələcək genefondumuza mənfi təsir göstərir", - deyən psixoloq vurğuladı ki, uzun illər ailəli olan cütlüklər də boşanır: "Əgər dünənə qədər ailə qurub 5-6 ay, 1 ildən sonra boşanan cütlüklər vardısa, bu gün 10 ilin, 20 ilin ailəlisi boşanır. Çünki tez dağılan ailələr artıq belə deyək, uzun ömürlü ailələrimizə belə mənfi təsir göstərir".

İqtisadi problemlərin ailələrin dağılmasında hansısa bir rol oynaması ilə bağlı suala isə E.Rüstəmov belə cavab verdi: "Bu, boşanmalar üçün əsas səbəb ola bilməz. Ailə var ki, qadın deyir, ərim imkanlı olduqdan sonra münasibətlərimiz pozuldu. Yəni ailələrin dağılmasına səbəb maddi imkansızlıq deyil. Söhbət insan faktorundan gedir. Əgər münasibətlər yaxşıdırsa, tərəflər bir-birini yaxşı başa düşürsə və anlayırsa, heç bir problem olmaz. Münasibət yaxşı olanda iqtisadi faktor arxa planda qalır. Bu, sadəcə boşanmaya geyindirilmiş bəsit bir "dondur". Əsas cütlüklərin bir-birlərinə olan münasibətidir".

ABŞda kollecdə silahlı insident baş verib like
  • 16 Fev 22:06  
Dünya ABŞda kollecdə silahlı insident baş verib

ABŞ-ın Sietl şəhəri (Vaşinqton ştatı) yaxınlığında "Highline&qu

arrow Ətraflı
Münhendə Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü olub like
  • 16 Fev 22:03  
Dünya Münhendə Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü olub

Almaniyanın Münhen şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov v

arrow Ətraflı
Birinci beynəlxalq PR yaradıcılığı forumu işə başlayacaq like
  • 16 Fev 22:01  
Digərləri Birinci beynəlxalq PR yaradıcılığı forumu işə başlayacaq

Bakıda daha bir beynəlxalq miqyaslı tədbir öz işinə başlayacaq.

arrow Ətraflı
Bakıda ikimərtəbəli evdə yanğın olub like
  • 16 Fev 22:00  
Digərləri Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

arrow Ətraflı
"Dünyanın ən yaraşıqlı məhbusu" ilə ehtiraslı klip çəkdirdi  VİDEO  FOTO like
  • 16 Fev 21:57  
Digərləri "Dünyanın ən yaraşıqlı məhbusu" ilə ehtiraslı klip çəkdirdi VİDEO FOTO

Müğənni Olqa Buzova "Sevgililər günü" izləyicilərini sevindiri

arrow Ətraflı
Gəncə: Prospekt genişləndiriləcək, çoxmərtəbəli binalar ucalacaq  VİDEO like
  • 16 Fev 21:54  
Digərləri Gəncə: Prospekt genişləndiriləcək, çoxmərtəbəli binalar ucalacaq VİDEO

Gəncədə Nizami prospektinin eni 50 metrədək genişləndiriləcək. Buna gö

arrow Ətraflı
"Biriki günə unudular" deyənlərin arzusu ürəyində qaldı like
  • 16 Fev 21:51  
Digərləri "Biriki günə unudular" deyənlərin arzusu ürəyində qaldı

Uzun müddətdir reytinq siyahısında birinci olan "Diriliş Ertuğrul&quo

arrow Ətraflı
Kofe aparatları pulun qalığını qaytarmır  VİDEO like
  • 16 Fev 21:48  
Digərləri Kofe aparatları pulun qalığını qaytarmır VİDEO

İsti kofe almaq istəyən şəxs aparata yaxınlaşır və qiyməti 80 qəpiya

arrow Ətraflı
"Sevgililər günü"ndə xanımı üçün tort bişirdi  FOTO like
  • 16 Fev 21:45  
Digərləri "Sevgililər günü"ndə xanımı üçün tort bişirdi FOTO

Aktyor Rayan Reynolds aktrisa xanımı Bleyk Lavliyə sürpriz edib.

arrow Ətraflı
5 ildir nə tikinti gedir, nə də pullar qaytarılır  VİDEO like
  • 16 Fev 21:42  
Digərləri 5 ildir nə tikinti gedir, nə də pullar qaytarılır VİDEO

5 ildir nə tikinti gedir, nə də pullar qaytarılır. 200-ə yaxın sakin &quo

arrow Ətraflı
Gecəyə geyimləri ilə damğa vurdular  FOTO like
  • 16 Fev 21:39  
Digərləri Gecəyə geyimləri ilə damğa vurdular FOTO

Nyu-Yorkda məşhur "Sports Illustrated Swimsuit" jurnalının tədbir

arrow Ətraflı
Elmar Məmmədyarov Angeliono Alfano ilə görüşüb  FOTO like
  • 16 Fev 21:36  
Siyasət Elmar Məmmədyarov Angeliono Alfano ilə görüşüb FOTO

Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgü

arrow Ətraflı
Klipinə "erotik" damğası vurulan Hadisədən yeni ekran işi  VİDEO like
  • 16 Fev 21:33  
Digərləri Klipinə "erotik" damğası vurulan Hadisədən yeni ekran işi VİDEO

Müğənni Hadisə Türkiyə Televiziya Şurası (RTÜK) tərəfindən "ero

arrow Ətraflı