Münhendə Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü olub


Dünya 16 Fev 2018 22:03:00 289 0

Münhendə Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü olub

Almaniyanın Münhen şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna XİN rəhbəri Pavel Klimkin arasında görüş keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir. Bu, nazirlər arasında son üç ay ərzində keçirilən sayca ikinci görüşdür.

Məlumata görə, söhbət zamanı Ukraynanın cənub-şərqində münaqişənin nizamlanması, Minsk razılaşmalarının yerinə yetirilməsi məsələləri, həmçinin BMT-nın Ukraynada rolu müzakirə olunub.