Birinci beynəlxalq PR yaradıcılığı forumu işə başlayacaq


Digərləri 16 Fev 2018 22:01:54 375 0

Birinci beynəlxalq PR yaradıcılığı forumu işə başlayacaq

Bakıda daha bir beynəlxalq miqyaslı tədbir öz işinə başlayacaq.

Bakı. Yaxın günlərdə Bakıda daha bir beynəlxalq miqyaslı tədbir öz işinə başlayacaq. Trend-in məlumatına görə, bütün dünyada aktuallığı günü-gündən artan İctimaiyyətlə Əlaqələr sektoru Azərbaycanda da mövqeyini möhkəmləndirməkdədir. 2018-ci il fevralın 17-18-də Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu da dünyanın bu çağırışına səs vermək təşəbbüsüdür. Forumun təşkilatçısı PRoloq İctimai Əlaqələrin İnkişafı Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalıdır. Forum “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək. Forum Azərbaycan Respublikası Mətbuat Şurası və Beylnəlxalq Karyera İnstitutu tərəfindən də dəstəklənir. Müxtəlif yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının prezidenti (IPRA) Bart de Vries başda olmaqla Amerika, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolgarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən olan peşəkarlar təqdimatlar edəcəklər. Forumun proqramında “Qarşılıqlı münasibətlər erasına xoş gəlmisiniz”, “ PR-da yaradıcılıq: strateji zərurət”, “Yaradıcılıqda mükəmməllik gerçəkliyi”, “Yaponiyanın PR təcrübəsi”, “PR-da uğur, rəqabət və tərəfdaşlıq kifayət qədər innovativdirmi?” və başqa mövzularda kreativ təqdimatlar var.