Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb


Sosial 16 Fev 2018 21:51:04 360 0

Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb

Onun bədənində qançır izləri aşkar olunub

Cümə günü Moskva vilayətində yerləşən uşaq bağçalarından birində 4 yaşlı azərbaycanlı qızın ölümü ilə nəticələnən faciə baş verib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, ilkin fərziyyəyə görə, hadisə bağçanın həyətində gəzinti zamanı qeydə alınıb.

Azərbaycanlı ailədə doğulan 4 yaşlı Zəhra Rzayeva tərbiyəçilərin onu həyətdə unutmaları səbəbindən qarlı havada soyuqdan donaraq ölüb.

Müəssisə əməkdaşları bu ittihamı rədd edərək bildirirlər ki, uşaq "bioloji" səbəbdən ölüb.

Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub.