Kofe aparatları pulun qalığını qaytarmır VİDEO


Digərləri 16 Fev 2018 21:48:00 232 0

Kofe aparatları pulun qalığını qaytarmır  VİDEO

İsti kofe almaq istəyən şəxs aparata yaxınlaşır və qiyməti 80 qəpiya olan kofe seçir. Ödəniş etmək üçün aparata 1 manat daxil edir. Kofeni əldə edən şəxs xeyli gözləsə də, pulunun qalığını ala bilmir. Halbuki, bu aparatların pulun qalığını qaytarmaq funksiyası var.

Son.az bildirir ki, görüntüləri paytaxt sakini Rüfət Abdullayev çəkib. Onun dediyinə görə, artıq 3-cü dəfədir bu halla qarşılaşır. Yəni kofe aparatları pulun qalığını qaytarmır.

Problemin səbəbini araşdırmaq üçün sözügedən aparatın aid olduğu şirkətlə əlaqə saxladıq. Şirkətin texniki məsələlər üzrə direktoru Elxan Cavadov bildirdi ki, bu tipli problemlər mütəmadi olaraq yaşanır. Bunun da başlıca səbəbi aparatlara daxil edilən qəpiklərin digər ölkələrə məxsus olmasıdır.