Gəncə: Prospekt genişləndiriləcək, çoxmərtəbəli binalar ucalacaq VİDEO


Digərləri 16 Fev 2018 21:54:00 326 0

Gəncə: Prospekt genişləndiriləcək, çoxmərtəbəli binalar ucalacaq  VİDEO

Gəncədə Nizami prospektinin eni 50 metrədək genişləndiriləcək. Buna görə söküntü işlərinə başlanacaq. Yolun Gəncəçaydan şəhər mərkəzinədək olan hissəsində 10 ədəd 9 və ya 12 mərtəbəli binalar inşa ediləcək. Bir o qədər də müxtəlif təyinatlı sosial obyektlər Çəncəçay bulvarının 1,5 km-lik sol sahil hissəsində tikiləcək.

Son.az bildirir ki, plana uyğun olaraq binaların alt hissəsində avtomobil dayanacağı, bir və ikinci mərtəbələrində alış-veriş mərkəzləri, digər mərtəbələrində isə mənzillər yerləşəcək. Evi söküləcək 150-ə yaxın ailə həmin mənzillərdə yerləşdiriləcək. Yerdə qalanları isə ipoteka və kredit ilə mənzil sahibi olmaq istəyən vətəndaşlara satılacaq.

Bundan başqa yolun eninə uyğun olaraq Gəncəçayın üzərindəki körpü də yenidən qurulacaq. Gəncədə  tikiləcək yeni çoxmərtəbəli binaların inşası zamanı şəhərin qədim memarlıq  ənənələri də nəzərə alınacaq.