5 ildir nə tikinti gedir, nə də pullar qaytarılır VİDEO


Digərləri 16 Fev 2018 21:42:00 311 0

5 ildir nə tikinti gedir, nə də pullar qaytarılır  VİDEO

5 ildir nə tikinti gedir, nə də pullar qaytarılır. 200-ə yaxın sakin "GLOBAL-SF" MMC tərəfindən paytaxtın Yasamal rayonunda inşa edilən və 25 mərtəbə tikilməsi nəzərdə tutulan binalardan ev alıb. Sakinlərin əksəriyyəti pulu tam, bir qismi isə yarısından çoxunu ödəyib.

Sakinlərin sözlərinə görə, tikinti işləri 2013-cü ildə dayandırılıb.Buna baxmayaraq sakinlərin puları da qaytarılmır.

Son.az xəbər verir ki, məsələ ilə bağlı şirkətdən bildirildi ki, binada texniki çatışmazlıq olub və bu səbəbdən də Fövqəladə Hallar Nazirliyi tərəfindən inşası yarımçıq saxlanılıb. Artıq problem aradan qaldırılıb və gələn həftədən tikinti işləri davam etdiriləcək.