6 yaşlı uşağa 2 fərqli diaqnoz qoyuldu: ailə çaşbaş vəziyyətdə qalıb VİDEO


Digərləri 16 Fev 2018 21:30:00 282 0

6 yaşlı uşağa 2 fərqli diaqnoz qoyuldu: ailə çaşbaş vəziyyətdə qalıb  VİDEO

6 yaşlı uşağa iki xəstəxana fərqli diaqnoz qoyub. İlkin diaqnozdan ailə psixoloji sarsıntı keçirib. Son.az bildirir ki, hadisə Sumqayıtda baş verib. Səbinə Rüstəmli oğlu İsmayılın dərisində problem yarandığına görə özəl klinikalardan birinə müraciət edib. Valideynə bildirilib ki, təcili olaraq qaraciyəri yoxlanılmalıdır. Biokimyəvi analizlərdən sonra qaraciyər fermentinin miqdarı 356 kimi göstərilib. Halbuki bu göstərici uşaqlarda 35 olmalıdır. Yalnız hepatit və sirroz kimi dəhşətli viruslar zamanı bu göstərici qalxa bilər. Analizin nəticəsi isə o anlama gəlir ki, İsmayıl qaraciyər şoku keçirir.

Təxminən 3 həftə sonra uşaq heç bir müalicə kursu keçmədən bu dəfə Bakıda dövlət xəstəxanalarının birində yenidən analiz verib. Nəticələr valideynlərin təəccübünə səbəb olub.

Valideynlər daha sonra ilkin analizin verildiyi Sumqayıtdakı klinikaya müraciət ediblər. Bu dəfə onlara başqa xəstəliyin simptomlarından danışıblar.