BAKIDA QORXUNC CİNAYƏT: Qadını doğrayıb zibilliyə atdılar VİDEO


Kriminal 16 Fev 2018 21:24:00 321 0

BAKIDA QORXUNC CİNAYƏT: Qadını doğrayıb zibilliyə atdılar  VİDEO

Bakıda doğranmış qadın meyiti tapılıb. Son.az bildirir ki, ağır cinayətin ilkin olaraq Binəqədi rayonunda baş verdiyi ehtimal edilir. Çünki, qadının hissələrə bölünmüş cəsədi Azadlıq prospektində zibil qutularından birindən aşkar edilib. Məişət tullantılarını avtomobilə yükləyib aparan təmizlik işçiləri sellofan torbada insan başının olduğunu görüb dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Məlumat əsasında hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin, Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları gəlib. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadına məxsus olduğu müəyyən edilib.

Qətlə yetrilən qadının şəxsiyyəti hələki müəyyən edilməyib. Ehtimala görə, qadın mənzillərin birində öldürülüb. Qatil şübhə doğurmamaq üçün meyiti hissələrə ayıraraq torbalara yığıb və zibil qutusuna atıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yaxın olan təhlükəsiz şəhər kameralarının köməyi ilə cinayətin izini araşdırırlar. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. /xezerxeber.az