"Sən hardan bilirsən ki, Pərvin kimlə sevgilidir?"


Şou-biznes 16 Fev 2018 21:03:00 294 1

"Sən hardan bilirsən ki, Pərvin kimlə sevgilidir?"

Aktrisa Pərvin Abiyevanın Son.az-a müsahibəsi.

- Pərvin, çox çəki atmısız. İdmanla arıqlayırsınız, yoxsa diyeta ilə?

- Həm idman edirəm, həm də diyeta saxlayıram. İdmanla çox məşğul oluram. Özümü, bir sözlə, yay ayına hazırlayıram (gülür).

- Yaya artıq nəsə planlarınız var?

- Bəli, yayda insan daha baxımlı olmalıdır. Artıq yay istirahətini də düşünmüşəm.

- Bir müddət əvvəl bir idmançı ilə fotonuz da yayıldı. Hətta sevgili olduğunuz da deyildi...

- Bu, təkcə bizim mediada deyil, digər ölkələrdə də belədir. Yanında əgər əks cins olursa, o dəqiqə yazırlar ki, sevgilidirlər. Bir soruşub etmirlər ki. Elə rahat yazırlar ki, Pərvinlə filankəs sevgilidir. Hardan bilirsən ki, o Pərvinin sevgilisidir?

- Hər bir addımınız səs-küyə səbəb olur. Bunu özünüz istəyirsiniz, yoxsa istəmədən belə olur?

- Mən istəmədən belə bir halla rastlaşıram. Ola bilər ki, mənim reytinqim daha üstündür. Azərbaycanda kifayət qədər aktrisalar var, amma mənim qədər tanınan və gündəmdə olan yoxdur.

- Pərvinin digər aktrisalardan fərqi nədədir?

- Bu suala hələ özüm də cavab tapmamışam. Bəlkə də bu xarici görünüşümdən, sərbəstliyimdən asılıdır. Mən həmişə komplekslərimdən azad olmağı sevən insanam.


Xəbərə aid fotolar