Filippində hotellər bağlanmaq təhlükəsi ilə üzüzə


Dünya 16 Fev 2018 20:22:00 271 1

Filippində hotellər bağlanmaq təhlükəsi ilə üzüzə

Filippin prezidenti Rodriqo Duterte turizm mərkəzi hesab olunan Borakay adasında fəaliyyət göstərən hotellərə istirahət bölgələrini və çimərliyi çirkabdan təmizləməklə bağlı əmr verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, R.Duterte adadakı hotellərin məişət və qida tullantılarını, eləcə də nəcisi dənizə axıtdığını vurğulayıb.

Prezident bildirib ki, bu tədbirlər görülməsə, 300 hotel və restoran bağlana bilər. Artıq 51 müəssisə rəsmi xəbərdarlıq alıb.