Qubada ev yandı


Digərləri 16 Fev 2018 19:44:00 297 0

Qubada ev yandı

Quba rayonunda yaşayış evi yanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb. 

Kənd sakini, 1963-cü il təvəllüdlü Mülküm Cəbrayılova məxsus yaşayış evi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və geniş əraziyə keçməsinin qarşısı alınıb.