Tibb Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)


Digərləri 16 Fev 2018 18:50:00 355 0

Tibb Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)

Prezident yanında Bilik Fondu ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bakı. Prezident yanında Bilik Fondu ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Fonddan Trend-ə verilən məlumata görə, sənədi Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Tibb Universitetinin rektoru Gəray Gəraybəyli imzalayıblar. Memorandumda birgə konfransların, simpoziumların, seminarların və əhalinin tibbi maarifləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, sosioloji araşdırmalarla bağlı birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, yaradıcı gənclər arasında müsabiqələrin və Universitetin professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.