43 gün əvvəl itkin düşən qızı ögey atası öldürübmüş


Digərləri 16 Fev 2018 18:49:00 299 0

43 gün əvvəl itkin düşən qızı ögey atası öldürübmüş

Son.az Media24.Az-a istinadən bildirir ki, Kocaelidə itkin düşən Ecemin ögey atası tərəfindən öldürüldüyü məlum olub.

Ögey ata qızının basdırdığı yeri etiraf edərək polisə təslim olub.

O, Balcının cansız bədənini Gölməçə rayonu, Ayvazpınar Kənd Yarpaqlı Dərəsində bir meşədə basdırıbmış.

Qeyd edək ki, Ecem Balcı 43 gün əvvəl, yanvarın 5-də itkin düşmüşdü. Qızını hər yerdə axtaran, tapmayınca, depressiyaya düşən və xərçəng xəstəsi olan Esra Ercömert yanvarın 14-ü Kandıraya gedərək özünü dənizə atıb. Esra Ercömertin 2 gün sonra dənizdəki cəsədi tapılaraq dəfn edilmişdi.