Tillerson: "ABŞ Türkiyənin Suriya ilə bağlı narahatlığını anlayır"


Dünya 16 Fev 2018 18:12:00 266 0

Tillerson: "ABŞ Türkiyənin Suriya ilə bağlı narahatlığını anlayır"

ABŞ Türkiyənin Suriyadakı vəziyyətlə bağlı narahatlığını anlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Dövlət katibinin sözlərinə görə, Vaşinqtonda həmişə bəyan ediblər ki, ABŞ-ın YPG bölmələrinə göstərdiyi dəstək məhduddur: "Biz Ankara ilə münasibətlərə dəyər veririk".