"Şəhrizad" baletinin tamaşası keçirildi


Kriminal 16 Fev 2018 18:18:00 439 0

"Şəhrizad" baletinin tamaşası keçirildi

Fevralın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.Rimski-Korsakovun "Şəhrizad" baletinin tamaşası keçirilmişdir.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, balet tamaşasında əsas rolları truppanın aparıcı solistləri - Elmira Süleymanova (Zübeyda) və Əməkdar artist Samir Səmədov (Zübeydanın sevimli qulu) ifa etmişlər. Hər iki solist parlaq ifaları ilə tamaşaçıları heyran etmiş və onlar tərəfindən gurultulu alqışlarla mükafatlandırılmışlar.

Xalq Artsti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında simfonik orkestr N.Rimski-Korsakovun ən yaxşı simfonik əsərlərindən biri olan "Şəhrizad" simfonik süitasını peşəkarlıqla ifa etmişdir.