Oğlundan Brillianta etiraz: "Kimdir onu eşidən, sevdiyim qızla evlənəcəm" FOTO


Digərləri 16 Fev 2018 18:06:00 305 0

Oğlundan Brillianta etiraz: "Kimdir onu eşidən, sevdiyim qızla evlənəcəm"  FOTO

Xalq artisti Brilliant Dadaşovanın Türkiyədə yaşayan oğlu Cahad tədbirlərin birinə anası ilə qatılıb.

Son.az xəbər verir ki, Cahad yenicag.az-ın suallarını da cavablandırıb:

- Cahad bu gün nə işlə məşğuldur?

- Türkiyədə universiteti bitirdim və hazırda dissertasiya yazıram.

- Orada qalmağı düşünürsən, yoxsa Azərbaycanda?

- Yenidən Türkiyəyə qayıdacağam, amma həmişəlik yox. Azərbaycanda yaşamağı düşünürəm.

- Bir müddət öncə əcnəbi qızla fotoların yayıldı. Onunla evli olmağın barədə də söz-söhbətlər gəzdi...

- Yalan xəbər idi, subayam.

- Evlənərkən ananızın fikri ilə hesablaşacaqsız?

- Yox. Öz fikrim əsas olacaq.

- Heç məsləhət edirmi ki, "ay oğlum, gəl bu qızı sənə alaq"?

- Anam o qədər qız sayır ki, amma onun sözünə qulaq asan yoxdur? (gülür) Kimdir onu eşidən? Sevdiyim qızla evlənəcəm.

- Heç dəli sevgi yaşadınmı?

- Bu, lap çoxdan olub - 7-8-ci sinifdə oxuduğum zamanlarda. Həm də nakam sevgi olub.

- Sənin üçün rəsmi nikah önəmlidir, yoxsa vətəndaş nikahı ilə yaşamağa üstünlük verərdin?

- Hər halda, ənənələrə hörmət etmək lazımdır. İnsanla ailə qurursan, itlə yox ki...

- Yəqin dostluq etdiyin qızlar arasında əcnəbi xanımlar da var. Onlardan biri ilə evlənməyi düşünürsən?