Azərbaycan Prezidenti Liviya Barışıq Hökumətinin Başçısına məktub göndərib


Siyasət 16 Fev 2018 17:56:59 286 0

Azərbaycan Prezidenti Liviya Barışıq Hökumətinin Başçısına məktub göndərib

“Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və tərəqqi diləyirəm”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Milli Barışıq Hökumətinin Başçısı Faiz Mustafa Al-Sərraca təbrik məktubu göndərib.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və tərəqqi diləyirəm”.