İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi açıqlanıb


İdman 16 Fev 2018 17:12:00 317 0

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi açıqlanıb

İngiltərə Premyer Liqasında yanvarın ən yaxşı məşqçisi açıqlanıb. Goal.az xəbər verir ki, bu mükafata "Bournemouth"un çalışdırıcısı Eddi Hou sahib çıxıb.

"Yanvar yaxşı ay oldu. Bu mülafatı klubla əlaqəsi olan hər kəsə həsr edirəm. Ən parlaq oyunumuz "Chelsea"yə qarşı oldu. "Arsenal"la matçın nəticəsini də unutmaq olmaz. Bu, təkcə nəticələrə görə yox, oyun tərzimizə görədir. Bilirdik ki, yanvar bizim üçün uğurlu ay olacaq. Təqvimin bu vaxtı adətən çox oyunlar olur. Amma hər şeyin öhdəsindən yaxşı gəldik" - Hou deyib. Onun komandası yanvarda keçirdiyi 4 oyunda 2 qələbə, 2 heç-heçəyə nail olub.

Gənc mütəxəsis Premyer Liqa karyerasında artıq 2-ci dəfə analoji mükafatı qazanıb. İlk belə hal 2017-ci ilin mart ayına təsadüf etmişdi. Qeyd edək ki, son 4 ayda Premyer Liqada ən yaxşı məşqçi "Manchester City"nin çalışdırıcısı Xosep Qvardiola seçilmişdi.