Münhen Təhlükəsizlik Konfransı işinə başlayıb


Siyasət 16 Fev 2018 17:00:00 311 0

Münhen Təhlükəsizlik Konfransı işinə başlayıb

Konfransın qonaqları arasında 20-dən çox dövlət və hökumət başçıları var

54-cü Münhen Təhlükəsizlik Konfransı işinə başlayıb.

"Report" xəbər verir ki, tədbiri illik konfransın sədri Volfqanq İşinger açıb.

Daha sonra BMT baş katibi Antoniu Quterrişin, NATO baş katibi Yens Stoltenberqin, Ukrayna prezidenti Petro Poroşenkonun çıxış edəcəyi gözlənilir.

Fevralın 17-də Avstriya kansleri Sebastyan Kurtsun, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Türkiyə baş naziri Binəli Yıldırımın və başqalarının çıxış edəcəyi nəzərdə tutulur.

Konfransın qonaqları arasında 20-dən çox dövlət və hökumət başçıları var.

Konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Qarşıdakı Konfransın gündəliyi, əsasən, Avropa İttifaqının qlobal oyunçu kimi gələcək roluna və ABŞ-Rusiya münasibətlərinə həsr olunacaq. Bundan əlavə, Münhen Konfransının iştirakçıları Yaxın Şərqdəki münaqişələri, Fars körfəzi ölkələri arasında pozulan əlaqələri, eləcə də Şimali Koreyanın nüvə proqramı ətrafındakı gərginliyi müzakirə edəcəklər.

Konfrans fevralın 18-də başa çatacaq.