Oğurluq edən dəstə saxlanıldı VİDEO FOTO


Digərləri 16 Fev 2018 16:55:00 410 0

Oğurluq edən dəstə saxlanıldı  VİDEO  FOTO

Silsilə oğurluq edən şəxslər tutulublar

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Zərdab şəhərində baş verib.

Zərdab şəhər sakini İlqar Abdullayev ona məxsus tövlədən bir baş inəyin, Məmmədqasımlı kənd sakini İntiqam Ağalarov icarə əsasında anbar kimi işlətdiyi obyektdən 63 yeşik, 840 ədəd müxtəlif adlı spirtli içkilərin, Eltun Eminov çay evindən ümumilikdə 1200 manat dəyəri olan televizor və kompüter, 100 manatlıq elektrik qızdırıcısının oğurlandığını bildiriblər.

Müraciətlər əsasında əməliyyata başlanılıb. Tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Turan Yusibov, Zərdab rayon sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürov saxlanılaraq istintaqa təhvil verilib.


Xəbərə aid fotolar