Azərbaycan Münhen Konfransında enerji təhlükəsizliyi üzrə müzakirələrə qatılıb


Siyasət 16 Fev 2018 16:40:00 344 0

Azərbaycan Münhen Konfransında enerji təhlükəsizliyi üzrə müzakirələrə qatılıb

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, dəyirmi masada enerji təhlükəsizliyi sahəsində aktual məsələlər üzrə müzakirələr aparılıb.

E.Məmmədyarov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edərək Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətindən söz açıb. O, TANAP layihəsinin bu il fəaliyyətə başlayacağı, TAP layihəsi üzrə işlərin isə qrafika uyğun olaraq uğurla davam etdiyini qeyd edib. Habelə, nazir Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilmiş IV nazirlər iclası və orada alınmış qərarlar barədə tədbir iştirakçılarına məlumat verib.