Aktyorun evini soyan oğru hələ də tapılmayıb


Şou-biznes 16 Fev 2018 16:28:00 342 0

Aktyorun evini soyan oğru hələ də tapılmayıb

Ötən ilin sentyabrında evi soyulan aktyor Elnur Kərimov oğrunun tapılmadığını deyib.

Son.az axşam.az-a istinadən bildirir ki, Elnur ona dəyən ziyandan danışıb:

"55 qram qızıl, iki min manat nəğd pul və akssessuarlar var idi. Ümumilikdə bizə beş mindən çox ziyan dəyib. Bəzən deyirlər ki, canın sağ olsun, gedib da. Bunu yüz mini olan üçün deyirlər. Mənim beş minim olub, o da gedib axı...".

Aktyor polislərin işə məsuliyyətsiz yanaşmasından gileylənib: