Lovren: "Çempionlar Liqasında favorit göstərilməmək bizim xeyrimizədir"


İdman 16 Fev 2018 16:17:00 305 0

Lovren: "Çempionlar Liqasında favorit göstərilməmək bizim xeyrimizədir"

"Liverpool"un müdafiəçisi Deyan Lovren bu mövsüm komandanın perspektivləri barədə danışıb. Goal.az xəbər verir ki, xorvatiyalı müdafiəçi media tərəfindən təzyiqə məruz qalmamağı üstünlük kimi qeyd edib.

"Niyə də Çempionlar Liqasında qalib olmayaq? hər şeyi düzgün etsək, indiki kimi oynasaq, meydanın hər qarışı uğrunda mübarizə aparsaq və komanda halında müdafiə olunsaq, irəli getmək üçün əla şansımız yaranacaq. Addım-addım hərəkət etmək lazımdır.

Turnirin favoriti olaraq göstərilməmək əslində bizim xeyrimizədir. Qoy, "Real", Manchester City" və PSG-ni favorit hesab etsinlər. Bizi diqqət mərkəzində saxlamayanda xoşuma gəlir. Sakit və təmkinli olub ilk növbədə "Porto" ilə cavab matçını keçirməliyik. Qalan şeylər sonranın işidir".