Miqrasiya Xidmətinin DTX ilə birgə əməliyyatı: 26 əcnəbi sax­­­la­nıl­ıb


Digərləri 16 Fev 2018 15:29:00 239 0

Miqrasiya Xidmətinin DTX ilə birgə əməliyyatı: 26 əcnəbi sax­­­la­nıl­ıb

Ümumilikdə 26 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

Bakı. 12 və 14 fevral 2018-ci il tarixlərdə Dövlət Miqrasiya Xidmətinin Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 24 nə­fər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan və­­tən­da­şı olmaqla, ümumilikdə 26 nəfər əcnəbi sax­­­la­nıl­ıb. Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türk­mənistan vətəndaşının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub. Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əla­qələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının öl­kəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edil­ib. Qeyd olunan şəxslər Hindistan vətən­daş­la­rı­nı aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azər­­bay­can Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəy­yən məb­ləğdə pul vəsaitlərini mənimsəyiblər. N.D.Patel al­da­dı­laraq ölkə əra­­zi­si­nə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi ra­yon­la­rı əra­zi­sin­dəki müxtəlif ünvanlarda yer­ləş­dir­ib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azər­bay­can Res­­publikasını tərk edib.