Bu gün 54cü Münhen Təhlükəsizlik Konfransı başlayır


Dünya 16 Fev 2018 15:24:00 288 0

Bu gün 54cü Münhen Təhlükəsizlik Konfransı başlayır

Bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransı başlayır.

Son.az APA-ya istinadən xəbər verir ki, konfrans fevralın 16-dan 18-dək davam edəcək.

Konfransda Avropa İttifaqının qlobal oyunçu kimi gələcək rolu, ABŞ-Rusiya münasibətləri, Yaxın Şərqdəki münaqişələr, Fars körfəzi ölkələri arasında pozulan əlaqələr, eləcə də Şimali Koreyanın nüvə proqramı ətrafındakı gərginlik müzakirə ediləcək.

Konfransda BMT-nin baş katibi Antoniu Quterreş, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa diplomatiyasının rəhbəri Federika Mogerini, NATO-nun baş katibi Yens Stoltenberq, Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Böyük Britaniyanın baş naziri Tereza Mey, Avstriyanın kansleri Sebastyan Kurts, İsrail hökumətinin rəhbəri Binyamin Netanyahu, Ukrayna prezidenti Petro Poroşenko iştirak edəcək.