"Şəfəq-Asiman" blokunda gələn il qazma işlərinə başlanılacaq


İqtisadiyyat 16 Fev 2018 15:15:06 312 0

"Şəfəq-Asiman" blokunda gələn il qazma işlərinə başlanılacaq

Qari Couns: "Buradakı qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunacaq"

"Şəfəq-Asiman" yataqlar blokunda 2019-cu ildə qazma işlərinə başlanması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns bildirib.

"Şəfəq-Asiman" üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir", - deyə regional prezident qeyd edib.

Onun sözlərinə görə, burada qaz ehtiatlarının olduğu ehtimal edilir: "Burada qaz ehtiyatları aşkarlanarsa, hasilat işlərinə başlanacaq və qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunacaq".