MBNP: Azərbaycanın qiymətli kağızlar bazarı ötən il 12% böyüyüb


İqtisadiyyat 16 Fev 2018 14:39:35 306 0

MBNP: Azərbaycanın qiymətli kağızlar bazarı ötən il 12% böyüyüb

2017-ci ildə kapital bazarında 15,7 mlrd. manat dəyərində əməliyyat aparılıb

 Azərbaycanın 2017-ci ildə qiymətli kağızlar bazarında 15,7 mlrd. manat dəyərində əməliyyat aparılıb ki, bu da 2016-cı illə müqayisədə 12% çoxdur.

“Report” Maliyyə Bazarlarına istinadən xəbər verir ki, hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artıb.