BP: "Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi işlərinin 99 faizi başa çatıb"


Digərləri 16 Fev 2018 14:47:00 289 0

BP: "Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi işlərinin 99 faizi başa çatıb"

Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi işlərinin 99 faizi başa çatıb.

Son.az xəbər verir ki, "BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, 2017-ci il ərzində CQBK-nın genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etdirilib. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.

Azərbaycanda və Gürcüstanda əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Azərbaycan hissəsində hazırda diqqət birləşdirmə və hidro-sınaqlar kimi yekunlaşdırma işlərinə yönəlib.

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və 1-ci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə "istismara hazır" olduğu elan edilən ilk obyektdir. İndi diqqət 1-ci kompressor stansiyasının istismara verilməsinə hazırlıq məqsədilə işə salınma işlərini təhlükəsiz şəkildə başa çatdırmağa və 2-ci kompressor stansiyasının tikintisini və istismar sınaqlarını tamamlamağa yönəlib.

2017-ci ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 29 milyon dollar əməliyyat xərcləri və 784 milyon dollar əsaslı xərclər sərf edilib.