SOCARın mühəndisi özünü iş yerində binadan atdı


Digərləri 16 Fev 2018 14:30:00 290 0

SOCARın mühəndisi özünü iş yerində binadan atdı

Bu gün saat 11 radələrində "Neftqazelmitədqiqatlayihə" İnstitutunda intihar hadisəsi baş verib. 

Son.az SOCAR-a istinadən xəbər verir ki, intitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib. 

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depresiyadan əziyyət çəkib və müalicə olunurdu.