"Azərbaycan uzunömürlülüyün populyasiya fenomeni kimi təmsil olunduğu nadir regionlardandır"


Digərləri 16 Fev 2018 14:38:00 242 0

"Azərbaycan uzunömürlülüyün populyasiya fenomeni kimi təmsil olunduğu nadir regionlardandır"

Azərbaycan dünyada uzunömürlülüyün populyasiya fenomeni kimi təmsil olunduğu nadir regionlardandır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiy­yə­tinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxışı zamanı deyib.

Alim bildirib ki, uzunömürlü insanların ölkənin ayrı-ayrı ərazilərində kompakt şəkildə yaşaması müasir beynəlxalq təcrübəyə əsaslanan herontoloji tədqiqatların aparılmasına geniş imkanlar açır.

U.Haşımova vurğulayıb ki, dünya əhalisinin getdikcə qocalması fenomeni, sağlam və ya "fizioloji qocalma" haqqında biliklərin genişləndirilməsinə və dərinləşdirilməsinə imkan yaradan kompleks tədqiqatların aktuallığını ön plana çəkir.