"Bakının bu qəsəbələri şəhər olsun" TƏKLİF


Digərləri 16 Fev 2018 14:23:37 272 0

"Bakının bu qəsəbələri şəhər olsun"  TƏKLİF

Bakıda bəzi qəsəbələrin mikrorayona, Abşeronda isə şəhərə çevrilməsi təklif edilir.

Son.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Trend-ə bildirib ki, Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur qəsəbələrinin mikrorayona çevrilməsi daha düzgündür:

"Bakının böyüməsi ilə əlaqədar əksər qəsəbələr artıq şəhərin bir hissəsinə çevrilib. Buna görə də belə qəsəbələri şəhərin mikrorayonu kimi qəbul etmək daha düzgündür. Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur paytaxtın mikrorayonu hesab edilərsə, bu ərazilərdə abadlıq, yendənqurma işlərini, əhaliyə sosial-mədəni xidməti daha yaxşı təşkil etmək mümkündür".

Z.Eminov təklif edir ki, Abşeron iqtisadi rayonunda olan qəsəbələrin də çoxu artıq şəhər kimi formalaşıb. Buna görə də Ələt, Sahil, Hövsan qəsəbələrinə şəhər statusu verilsin: