Polis qardaşını televizor pultu üstündə öldürənin məhkəməsi başladı


Kriminal 16 Fev 2018 14:02:00 309 0

Polis qardaşını televizor pultu üstündə öldürənin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevin məhkəməsi başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizora baxan qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevi bıçaqlayaraq öldürüb. M.Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.