Ueyn Runinin ailəsində 4cü oğul doğuldu FOTO


Digərləri 16 Fev 2018 14:04:44 336 0

Ueyn Runinin ailəsində 4cü oğul doğuldu  FOTO

İngiltərənin məşhur futbolçularından biri, "Everton"un oyunçusu Ueyn Runinin 4-cü övladı dünyaya gəlib.

Son.az The Sun-a istinadən bildirir ki, 32 yaşlı futbolçu bu barədə Twitter-dəki akkauntunda belə yazıb: "Körpəmizi salamlamağımıza bəxtəvərik. Oğlandır. Çəkisi 3,5 kq olan Kass Mak Runi doğulub. O, gözəldir".

Kass ailənin 4-cü oğludur.

Ueyn Runi və onun 31 yaşlı xanımı Kolin Runi arasında münasibətlər son vaxtlar çox sərinləşib. Ötən ilin avqustunda futbolçu əxlaqsız qadını maşınında evə aparmışdı. Sükan arxasındakı Ueyn Runi sərxoş idi.


Xəbərə aid fotolar